Boşanmış bacıya və onun uşaqlarına baxmaq qardaşın borcudur, yoxsa əlavə savabdır?
Sual:
Salamaleykum va rahmatullahi va beraketuhu.yoldawimin bCisi bowanb iki qiz uwaqinan bizde yawyr yoldawim temin elyr ehtiyacdarin uwaqlarn atasi alimentde vermir uwaqlara bilmey istyremki uoldawimin borcudu o uwaqlari boyudmek yoxsa atasiz uwaq boyudduyu ucun ecrin Allah axiretde verecey?
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Qardaş və ya bacı imkan daxilində çətin vəziyyətə düşmüş qardaşına və ya bacısına, onların uşaqlarına yardım etməlidir. Bu onun borcudur. Allah Elçisi (salləllahu aleyhi və səlləm) bacıya himayə göstərmək haqda belə demişdir: "Elə bir kimsə yoxdur ki, onun üç qızı və ya üç bacısı olsun, onlara yaxşı baxsın və Cənnətə daxil olmasın". (əl-Buxari "Ədəbul-Mufrad", 79).
Həmçinin, Rəsulallah (salləllahu aleyhi və səlləm): "Kimin üç qızı və ya üç bacısı var və Allahdan qorxaraq onların baxımını yerinə yetirərsə, cənnətə mənimlə belədir" - deyə buyurdu və şəhadət və orta barmağını işarə etdi". (İmam Əhməd, 12594; "Silsilətus-Sahihə", 295).
"Ümmətimdən hər kim üç qızının və ya üç bacısının qeydinə qalarsa, bunlar onun üçün Cəhənnəmə qarşı bir maneə olar". (əl-Beyhaqi "Şuabul-İman", 11023).
"Üç qızının və ya bacısının dolanışıq və yaxud başqa sıxıntılarına qatlaşanı Uca Allah Cənnətə qoyar". Səhabələrdən (Allah onlardan razı olsun) biri "İki dənə də olsa, eynidirmi?" deyə sual edəndə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) "Bəli, iki dənə olsa da eynidir" buyurdu. Başqa biri "Əgər bir dənə olarsa?" deyə sual etdi. Cavabında buyurdu ki: "Bir dənə də olsa yenə eynidir". (İmam Əhməd, 8220).