Qumar oynanılan evdə namaz qılmaq günahdır?
Sual:
Kumar oynanan evde namaz kilmak gunahmidir?
Cavab:
Salam aleykum. Uca Allah qumar oynamağı haram edərək buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Qumar oynamaq haram olsa da, qumar oynanılan evdə namaz qılmaq günah deyildir. Həmçinin oxuyun:
Qumardan və mərc oyunlarından qazanc əldə etmək barədə?
Namazı batil edən hallar hansılardır?