Quranla fala baxdırmaq nə dərəcədə düzgün hesab olunur?
Va aleykum Salam. İslam dininə görə Quranla və ya digər vasitələrlə fala baxmaq, baxdırmaq və bu məqsədlə falçının yanına getmək küfr hesab olunur. Küfr etmək isə ən böyük günahdır. Quranda insanların şəxsi həyatları haqda heç nə yazılmamışdır və Quran bunun üçün nazil olmamışdır. Falçılar insanları inandırmaq və öz çirkin əməllərini ört-basdır etmək üçün Quranla fala baxırlar. Falçı insanlara ürəklərində niyyət tutmalarını əmr edir, sonra Qurandan müəyyən səhifəni açır və orada yazılana baxıb şeytanın ona təlqin etdiyi ilə yozur.
Falçılara və cadugərlərə inanmaqdan, onlara üz tutmaqdan çəkinin və bunun üçün Allaha tövbə edib Ondan bağışlanma diləyin. Daha ətraflı:
Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?
Quran açdırmaqla gələcəyi bilmək olarmı?
Quranla istixarə etmək barədə
Falçılar necə olur ki, doğru xəbər verirlər?