Qadının ərinin qeydinə qalması ilə bağlı cavabla razı deyiləm...

    26.05.2018
Kimdən: 
Nala
Sual: 
Salam aleykum evvelceden sizin sayenizde dinimizden bir Cox seyleri oyrendiyime gore size cox minetdaram. Amma bu yaxinlarda aldigim cavab meni hec razi salmadi.menum sualim eyer arvad erime seher durub yemek vermiremse bu gul haggina girmek sayilmirki? Sizin cavabiniz mene”bu gul haggi sayila biler” olmusdu. Sizin suala cavab vermeyiniz bir az uzun cekdiyine gore, men basga elm adamlarinin bu barede xutbelerine gulag asdim. Goy butun muselman baci ve gardaslarim bilsinler ki,gadin evlenende kisiye gullugcu yox, xanim olur.eyer gadin kisiye gullug edirse ne gozel. Amma eks terzde hec bir Gul haggina girmir. Gadinin vacib emeli usaglarin terbiyesi,kisinin namusunu ve malini gorumagdir!
Cavab: 

Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan cənnətə daxil olar". (İmam Əhməd, 1664; əl-Albani, "Səhih əl-Cami", 660).
Huseyn ibn Muhsana bibisinin (Allah onlardan razı olsun) belə söylədiyini rəvayət etmişdir: "Bəzi ehtiyaclar üçün Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getmişdim, bunları qarşıladıqdan sonra məndən soruşdu: "Həyat yoldaşın var?" Mən: "Bəli" - deyə cavab verdim. Peyğəmbər: "Ona necə baxırsan?" Mən: "Bacardığım qədər ona itaət edib xidmət göstərirəm". Peyğəmbər: "Onunla davranışlarına diqqət yetir. Sözsüz ki, ərin sənin Cənnətin və Cəhənnəmindir" - deyə buyurdu. (İmam Əhməd, 18524; "Səhih əl-Cami",  1509). Hədisin ərəbcəsində keçən "məə ə'luuhu" kəlməsi "ərimə qulluqda və onu razı salmaqda səhlənkarlığa yol vermirəm" deməkdir.
Ərinin və uşaqlarının qeydinə qalmaq, onların yeməyini vermək və digər ehtiyaclarını ödəmək qadının vəzifələrindədir. Qadın səhər duraraq ərinin yeməyini vermir, onu yola salmırsa və əri də bundan narazıdırsa, bu halda onun haqqına girərək günah qazanır. Amma əri etiraz etmirsə, bu cür etməyində günah yoxdur.

Paylaş: