Rəcəb ayında oruc tutarkən namaz qılmaq lazımdır?
Sual:
Receb ayinda oruc tutarken namaz qilmaq wertmi?
Cavab:
Salam aleykum. Əgər söhbət nafilə namaz və orucdan gedirsə, Rəcəb ayını oruc, namaz və s. hansısa əlavə ibadətlərlə xüsusiləşdirməyə icazə verilmir. Rəcəb ayında gündüzləri oruc tutmaq və gecələri də namaza durmaq barədə Quran və səhih hədislərdə heç bir səhih dəlil-sübut yoxdur. Bu barədə insanların etdikləri bidətdir (dinə sonradan salınan yenilikdir). Peyğəmbər (salləllahu aleyhi və səlləm) bidətləri qadağan edərək belə demişdir: "...İşlərin ən şərlisi də (dində) edilən yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bidət və hər bidət, zəlalət və hər bir zəlalətin sonu Cəhənnəm atəşindədir". (Əbu Davud, 2188; ət-Tirmizi, 1105; İbn Məcəh, 1892). Həmçinin oxuyun: Bidət nədir?