Bir-iki il əvvəl etdiyim günahlara görə tövbə namazı qıla bilərəmmi?

    18.04.2018
Sual: 
Salam bilmek isteyirem bir iki il evel etiyim gunahlara gore indi tovbe namazi qilsam tovbem qebul olarmi tovbe namazi butun gunahlari meselen zina sirk ve s bu gunahlari silirmi
Cavab: 

Va aleykum Salam. İslamda xüsusi olaraq tövbə namazı yoxdur və tövbə etmək üçün namaz qılmaq da vacib deyil, amma istəyən qılıb tövbə edə bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın". (İbn Hibban, 623).
Keçmişdəki günahlara görə tövbə edə bilərsiniz. Hər hansı bir günahdan tövbə edən həmin günahı etməmiş kimidir. Uca Allah bəndələrinin tövbəsini qəbul edir və buna görə onlara mükafat da verir. Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
​​​​​​​Günahdan əl çəkmək üçün nə edim?

Paylaş: