6 ay gündüz və 6 ay gecə olan ölkələrdə namaz vaxtları necə müəyyən edilir?
Va aleykum Salam. Qeyd etdiyiniz ölkələrdə yaşayan müsəlmanar namazlarını onlara ən yaxın, normal gündüz və gecə olan şəhərin namaz vaxtlarına uyğun qılmalıdırlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Dəccal haqqında səhabələrinə danışarkən onlar soruşdular: "O, yer üzərində nə qədər qalacaq?" O dedi: "Qırx gün (qalacaq, onlardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır". Biz soruşduq: "Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?" O dedi: "Xeyr, özünüz onun üçün vaxt təyin edin!". (Muslim, 110/2937, 5228, 7560). Hədisdən də göründüyü kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) müddəti 1 ilə bərabər olan 1 gündə, beş vaxt fərz namazlarının qılınmasını yetərli görməmişdir. Əksinə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər 24 saatlıq müddət üçün beş vaxt fərz namazı qılmaları lazım olduğunu və yaşadıqları ölkələrdə o günkü zaman fərqini təsəvvür edərək adi günlərdə qıldıqları namazları o günün müddətinə uyğun bölüşdürüb qılmalarını əmr etmişdir. (Elmi Araşdırmalar və Daimi Fətvalar Komitəsi, cild: 6, səh: 130-136).
Həmçinin oxuyun: Fərz namazlarının vaxtları nəyə əsasən təyin olunub?