Ərimi içki içməkdən necə çəkindirim?

    19.06.2018
Kimdən: 
GULNARE
Sual: 
Salam sizden sonsuz derecede xahiş edrem mumkunse mene komek edin menim yoldaşim içkiye meyilli insandi men nece edimki onu ickiden omurluk diksindirim.ickisine nese atmaq ucun derman ve yaxud quranla mualice etmek mumkunmu? çox çaresizen mene komek edin allah xatirine derdimi kimese danisa bilmirem umudum yalniz sizedi allah sizden razi olsun
Cavab: 
Va aleykum Salam. Dini öyrənin, ibadətləri çoxaldın, evdə Quran oxuyun, dinləyin və digər əməllərlə evinizdə İslami abu-hava yaradın. Xeyirli əməllərinizlə ərinizə nümunə olun və kefinin yaxşı olduğu vaxtlarda ərinizə Allahı tanıdın, namaza və xeyirli əməllərə təşviq edin, ona içki içməyin böyük günah olması və cəzasının ağır olması haqqında ayə və hədisləri çatdırın. Həmçinin ərinizi pis dostlardan çəkindirməyə çalışın, mömin dostlarla oturub-durmağa və məscidə getməyə həvəsləndirin. Bütün bunlarla bərabər Allaha çoxlu dua edin. Daha ətraflı:
Paylaş: