Ərə gedən qadının ərinin soyadına keçməsi nə üçün haramdır?

    24.06.2018
Kimdən: 
Bəhlul
Sual: 
Əssələmu Aleykum varahmətullahi qardaşlar deməli bilməy istədiyim məsəslə Sələfi nə olduqunu bilirəm Yəni bəzi qardaşlar mən sələfiyəm deyir yaxşi olmazmi ki mən müsəlmanlardanam deyək yəni sələfi deyəndə bəzi savafsizlar bunlar vahabilərdi deyir? evləndiydə zövcəni öz familiyana keçirməy niyə haramdi bu sənəd söhbətlərindədə keçir yaxşi bu məsəslədə necə hərəkət edilməlidi?
Cavab: 

Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. Hansı təriqətə mənsub olduğunuz soruşulduqda "Allah və Rəsulunun buyurduğu yol üzrə yaşamağa çalışan müsəlmanam" deyərək cavab verə bilərsiniz. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).
2. Qadının ərinin soyadına keçməsi icazəli deyil və bu, qeyri müsəlmanların adətlərindəndir. Soyad insanın hansı nəsilə nisbət olunduğunu bildirir.
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Kim özünü atasından başqasına nisbət edərsə artıq küfr etmişdir, Kim də özünü nəsəb bağı olmayan bir qövmə aid edərsə (iddia edərsə) cəhənnmədə yeriniə hazırlaşsın". (əl-Buxari, 3508).
Həmçinin buyurub: "Bilərəkdən başqasının onun atası olduğunu iddia edən kimsəyə Cənnət haram edilmişdir". (əl-Buxari, 6767; İbn Həcər "Fəthul-Bari", 8/45; Muslim, 63).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Hər kim atasından başqasını ata olaraq iddia edərsə Allahın lənəti onun üzərinə olsun". (əl-Buxari, 111; Muslim, 1370).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Atalarınızı tərk (inkar) etməyin. Kim bilə-bilə atasını rədr edərsə o, kimsə küfr etmişdir". (əl-Buxari, 6768; Muslim, 62).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Nəsilə ondan olmayan yad birini daxil edən qadının Allah yanında heç bir mükafatı yoxdur. Allah onu Cənnətinə varid etməyəcəkdir. Gözlərini ona dikmiş övladından imtina edən kişini isə Allah (Öz rəhmətindən) uzaqlaşdırar. Onu hamının yanında rüsvay edər". (Əbu Davud, 2/695; "İrvaul-Ğalil", 2367).

Teqlər: 
Paylaş: