Əhli Beyti sevməmək gühandır?
Aleykum salam. Bəli, Əhli Beyti sevməmək günahdır. Hər bir haqq üzərində olan müsəlman Əhli Beyti sevməli, onlara hörmət bəsləməli və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onlar barəsində etdiyi tövsiyəyə riayət etməlidir. Çünki Əhli Beyti sevmək Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sevmək deməkdir. Həmçinin, Peyğəmbərimiz Muhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Əhli Beytini sevmək və onlara hörmətlə yanaşmaq imandan bir parçadır: Allah Təala buyurur:
"Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" (ən Nur, 15).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin!”. (Muslim, 2408).
Daha ətraflı məlumat almaq üçün "Əhli-beyt kimlərdir?" məqaləsini oxuyun.