Yadımdan çıxan nəzirlərə görə günah daşıyırammı?
Va aleykum Salam. Niyyətin həyata keçməsini şərt qoyaraq nəzir demək bəyənilməyən əməllərdəndir. Siz ümumən xeyirli əməllər edin və Allaha dua edin ki, bu vəziyyətinizi sizin üçün asanlaşdırsın, çünki xeyirli əməlləri çoxaltmaq duaların qəbul olunmasına səbəbdir. Uca Allah buyurur: "O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar". (əş-Şura, 26). Amma nəzir deyilibsə, yerinə yetirilməlidir. Siz yadınızda qalan nəzirləri imkan daxilində yerinə yetirməlisiniz. Həmçinin nəzir deyərək Yasin surəsi oxumaq dinimizdə yoxdur, ona görə də bu əməldən çəkinin. Savab qazanmaq niyyəti ilə Yasin və digər surələri oxuya bilərsiniz. Həmçinin oxuyun: Nəzir edəndə həmin iş alınmırsa, edilən niyyət həyata keçirilməlidirmi?