Qadın kişilərə imamlıq edə bilərmi?

    07.06.2018
Kimdən: 
Arzu
Sual: 
Salam aleykum. Qadın kişilərə imamlıq edə bilərmi?
Cavab: 

Va aleykum Salam. Namazda qadın kişilərə imam ola bilməz. Qadın yalnız qadınlara imamlıq edə bilər. Ancaq bir şərtlə ki, kişilərdən fərqli olaraq namaz vaxtı qadın imam olanda camaatla eyni səfdə (cərgədə), ortada durmalıdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) nəql etmişdir ki, bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə birlikdə Ummu Sələmənin (Allah ondan razı olsun) evinə getdik. Evdə namaz qılan qadınlar vardı. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) onların hansı namazı qıldıqlarını soruşdu. Ummu Sələmə (radıyəllahu anhə) fərz namazı qıldıqlarını dedikdə belə buyurdu: "Ey Ummu Sələmə! Onlara imamlıq etməli deyildinmi?" Ummu Sələmə (radıyəllahu anhə), "bəli daha yaxşı olardı" - dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Belə olduqda (namaz qıldırarkən) cərgədə onların nə qabağında, nə də arxasında, tam ortalarında dur. Beləlikə onlar sənin sağında və solunda olsunlar". (Zeyd ibn Əli "Musnəd" əsəri, cəm edən əl-Bağdadi, "Darul-Kutubil-İlmiyyə", Beyrut nəşri səh: 111, 112).

Paylaş: