Peyğəmbərimiz şəhid sayılırmı?

    19.07.2018
Kimdən: 
Qul
Sual: 
Salam aleykum. Doğrudanmı Peyğəmbərimiz şəhid edilmişdi? Ümumiyətlə buna səhih bir şey var?
Cavab: 
Va aleykum Salam. Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) öldürüldüyünə (şəhid kimi) bir deyil, doqquz dəfə and etmək istəyirəm. Beləliklə, Uca Allah ona peyğəmbərlik dərəcəsi verdiyi kimi, şəhidlik dərəcəsi də vermişdir". (İmam Əhməd, 3617, 3873; Əbu Ya'lə, 9/132; ət-Tabərani "Mu'cəmul-Kəbir" 10119). Həmçinin, rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) ölümünə səbəb olan xəstəliyində belə deyirdi: "Xeybərdə yediyim yeməkdəki zəhərin acısını hələ sinəmdə hiss edirəm". (Səhih əl-Buxari, 4428).
Qeyd edək ki, Xeybərdə yəhudilər Peyğəmbəri (salləllahu aleyhi və səlləm) zəhərləmişdilər. Ona görə də bəzi alimlər onun bu zəhərin təsiri nəticəsində ölərək şəhid olduğunu deyirlər.
Teqlər: 
Paylaş: