"İbrahimin milləti" nə deməkdir?
Sual:
Salam aleykum. Ibrahim milleti neye gore deyirler?
Cavab:
Aleykum salam. "Milləti İbrahim" (İbrahimin milləti) sözünün mənası İbrahim peyğəmbərin hənifilik (tək Allaha ibadət, tövhid) dini və bu dinə tabe olan müsəlmanlar deməkdir. Uca Allah buyurur: "Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur". (ən-Nisə, 125).