Şəhidlərə qəbir əzabı verilirmi?

    20.07.2018
Kimdən: 
Yegane
Sual: 
Esalamu Aleykum. Bir şey soruşmağ isteyirem. Sehid olan insan qebir ezabi cekirmi? Deyilene gore qebir adaml sixir. Sehid olan insanda qebir ezabi ve sorgu sual olurmu? Birdeki internetde oxuduqum melumata görə Muselman Sehid olmagi arzulayırsa xeste yataginda ve ya bawqa cur olsede Sehid sayilir Bu duzdumu? Xahis edirem cavab vererdiz.
Cavab: 
Va aleykum Salam. Şəhid olanlar qəbir sıxıntısından azaddırlar. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içəri­sində olanlardan daha xeyirlidir - yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir". (ət-Tirmizi, 1663, 1764).
Həmçinin buyurur: "Kim dəvənin iki sağımı arasında olan müddət qədər Allah yolunda döyüşərsə, Cənnət onun üçün vacib olar. Kim sidq-ürəklə Allah­dan şəhid olmağı diləyərsə, sonra (yatağında) ölsə və ya öldürülsə belə, ona şəhid savabı verilər. Kim Allah yolunda (döyüşərək) yaralansa və ya (döyüşə gedib ehtiyatsızlıqdan) yara alsa, Qiyamət günü o, (dünyada yarasından axdığı qandan) daha çox qan ilə (Allahın hüzuruna) gələcək. Onun qanının rəngi zəfəran rəngi, qoxusu da müşk qoxusu olacaq. Kimin vücudunda Allah yolunda bir çiban çıxsa, onun üzərinə şəhidlik möhürü vurular". (Əbu Davud, 2541, 2543). Həmçinin oxuyun: Qəbir əzabı haqqında
Teqlər: 
Paylaş: