Dini kitab oxumadan alim Allahın ad və sifətlərini araşdıra bilərmi?
Aleykum salam. Uca Allah özünü bizlərə Peyğəmbərlər (Allahın onlara salamı olsun) və göndərdiyi kitablar vasitəsi ilə tanıtmışdır. İstər alim, istərsə adi bir insan olsun, heç bir kəs oxuyub-öyrənmədən kamil şəkildə Allah Təalanın ad və sifətlərini tanıya bilməz. Bir məsələni qeyd edim ki, İnsanın fitrəti, təbiəti müəyyən qədər Uca Allahı tanımaq üzrə yaradılmışdır. Məsələn, insana heç kim öyrətməsə belə, o bilir ki, Allah Təala hər şeydən ucadadır, ona görə də dua etdikdə əllərini yuxarı qaldıraraq Uca Allaha dua edir. Bunu insana heç kəs öyrətməyib, sadəcə Allah Təala insanları bu fitrət üzrə yaratmışdır. Lakin Allah Təalanı yaxşı tanımaq, mütləq və mütləq Peyğəmbərlər (aleyhimis-sələm) vasitəsi ilə olur. Uca Allahı tanımaq üçün mütləq Qurani Kərimi oxumaq lazımdır. Allah Təala Özünü ilahi kitablar vasitəsi ilə tanıtdırmasaydı, insanlar öz elmləri ilə Uca Allahı tanıya bilməzdilər. Heç bir kimsəyə yaraşmaz ki, özündən Allah Təalanın filan sifət var və ya Allahın filan adı var desin. Allahın ad və sifətlərini öyrənmək yalnız Quran və səhih hədislər vasitəsi ilə mümkündür.