Dünyəvi elmləri öyrənməliyik, yoxsa dini elmləri?

    31.07.2018
Sual: 
Səlam, dinimizdə həmişə əmr olunan elm bizim bildiyimiz elm fənnləridir , ya Allah'ı tamımaq üçün , din üçün öyrəndiyimiz elmdən bəhs edir? Çünki mən dərsə görə bəzən , yq da çox vaxt müstəhəb əməllərdən edə bilmirəm. Zöhr və əsr namazımı gecikdirirəm. Düzəlməyə çalışacağam m amma yenə də özümü Allaha xatir, dində elm haqda olan ayələrə , hədislərə görə az - çox az rahat oluram. Əvvəldən Allah razı olsun deyim.
Cavab: 

Va aleykum Salam. Hər bir müsəlman həm dini elmi öyrənərək Allaha şərik qoşmamalı, həyatını onun buyurduğu kimi yaşamalı, həm də dünyəvi elmləri öyrənərək yaşadığı cəmiyyətə fayda verməlidir. Uca Allah haqqında, onun təkliyi, ona ibadət etmək və şərik qoşmamaq, həmçinin Allahın əmr və qadağaları haqqında bilikləri hər bir müsəlman öyrənməli və onlara əməl etməlidir. Amma İslam alimi olmaq hər kəsə vacib deyil. Bundan sonra hər kəs özünə maraqlı olan sahəni seçərək o sahədə elm öyrənə, insanlara fayda verə bilər. Bu özü də savab əməllərdəndir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631).
Daha ətraflı: Elm öyrənmək haqqında 

Paylaş: