Başqasını İslama dəvət etdikdə onun etdiyi xeyirli əməllərdən bizə də savab yazılırmı?
Va aleykum Salam. Bəli, ümumən xeyir işə vasitəçi olan həmin xeyir əməli edən qədər savab qazanır. Bu barədə Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır". (ən-Nisa, 85).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanları doğru yola cağıranın mukafatının üzərinə onun dəvət etdiklərinin mükafatı əlavə olunacaq və bundan heç bir şey əksilməyəcək. İnsanları doğru yoldan uzaqlaşdıran və zəlalətə çağıranlara azdırdığı insanların da günahı yüklənəcək və bundan heç nə əksilməyəcək". (Səhih Muslim, 2674).
Həmçinin Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Səhih Muslim, 1893). Daha ətraflı: İslama dəvət necə olmalıdır?