Dostunu tövbəyə çağırmaq vacibdirmi?

    09.08.2018
Sual: 
Dostuma bu gunahi etdim sonra tovbe etdim sen tovbe et demek duzgundur
Cavab: 

Salam aleykum. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi, 1-3). 
Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edib pis işlərdən çəkindirəcəksiniz, ya da Allah Öz tərəfindən sizə cəza göndərəcək. Bundan sonra Ona dua etsəniz də, dualarınız qəbul olunmaz”. (Əhməd, 23349, 23690; ət-Tirmizi, 2169, 2323)
Həmçinin oxuyun:
Bir insanı günahdan necə çəkindirmək olar?
İslam dəvət necə aparılmalıdır?
Günahlardan çəkinmək üçün nə etmək lazımdır?

Paylaş: