Məcburən pis əməl edən günah qazanır?

    08.03.2014
Sual: 
Salam aleykum. İnsan bir işi mecbur ederken bilir ki, bu etdiyi emel günahdi. Amma işi mecburen etmelidir. Bu halda ona gunah yazilir?
Cavab: 

Və aleykum Salam. Bu baxır, edilən işin ciddiliyinə və ya məcbur qaldığı işə. Misal versəniz, daha yaxşı olardı, çünki hallar müxtəlif ola bilər. Ümumən insan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcbur edilərək etdiyi günahları bağışlamışdır". (İbn Məcəh, 2043).

Paylaş: