Ovsun nədir?
Aleykum salam. Ovsun etdirmək, yəni falçının yanına gedib kiməsə düyün bağlatdırmaq deməkdir. Qeyd edək ki, bu əməl böyük günahdır. Müsəlman belə çirkin əməldən uzaq dayanmalıdır. Bu haqda Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90).
"...və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır...". (əl-Məidə, 3).
"Onlar Suleymanın səltənəti haqqında şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!" (əl-Bəqərə, 102).