Valideyn evlənməyimizə razı deyilsə, ona qarşı çıxmaq olarmı?

    10.03.2014
Sual: 
Salam aleylkum. Menim sevdiyim oglanin anasi bizi heç cure qebul etmir. Sebeb ozu istediyi bir qiza istiyir. Bizim ise chox saf ve ciddi niyyetimiz var. Biz valideynimize qarshi chixa bilerikmi? Yeni bununla Allahin qezebine sebeb olariqmi?
Cavab: 
Aleykum salam. Bəli, bununla günah qazana bilərsiniz. Siz çalışın ki, valideyinlərinizi razı salasınız, əks halda bu cür etmək düzgün deyil. Siz çoxlu dua edin ki, valideyinləriniz başa düşsün. Ümid edirik ki, Uca Allaha səmimi dua etsəniz, inşallah işiniz tezliklə düzələr. Xatırladım ki, valideyinin üzünə ağ olmaq, onlara qarşı çıxmaq böyük günahdır. Peyğəmbərimiz (salləllahhu aleyhi və səlləm) böyük günahları sayanda, bunuda qeyd etdi, yəni valideyinin üzünə ağ olmaq böyük günahdır.
Başqa bir hədisdə Peyğəmbərimiz (salləllahhu aleyhi və səlləm) buyurmuşdur ki: "Allah Təala Sizə valideyininizə qarşı çıxmağı haram etmişdir". (Səhih əl-Buxari). 
Quranda isə bu barədə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23). Həmçinin oxuyun: Kəbində oğlanın valideynlərinin bilməsi vacibdirmi?
Teqlər: 
Paylaş: