Sizcə əvvələr dinə qarşı böyük hörmət olub, yoxsa indi?

    10.03.2014
Sual: 
Salam aleykum. Sizce dine qarshi indi chox hormet varmi? Size gore indiki zamanenelerin insanlari dine qarshi yaxshidir yoxsa eskilerin? Amma mene ele gelir ki, din sohbetdi. İndi boyuyur evveller chox bele sheyleri bilmezdik. Ama men indi chox eshidirem dine haqqinda ve ushaq vaxtimda heç bilmirdim qiyamet nedi ve eshitmemishdimde. Ama indi her sheyi bilirem ve bezen ele mocuzeler ile qarshilasiram ki, ona insan her sheyi yaxshi basha dushur.
Cavab: 

Aleykum salam. Sovet hakimiyyəti dövründə Azərbaycanda dini öyrənməyə imkan verilmirdi, ateizm təbliğ olunurdu və məscidlər bağlı idi. Bu səbəbdən də insanların din haqqında məlumatı çox az idi. Müstəqillik qazandıqdan sonra məscidlər açıldı, hər kəsə dini öyrənmək şəraiti yaradıldı. İndi Allaha çoxlu şükürlər olsun ki, hamı Allah Təalanın dinini öyrənir və əməl etməyə çalışır. Bir məsələni də qeyd edək ki, hətta möcüzə görməsək belə, biz Allah Təalaya inanmalı və Ona boyun əyməliyik. Ən böyük möcüzə Qurani Kərimdir. Allah Təala bu kitabı 14-əsr bundan qabaq göndərib və bu günə qədər qoruyub saxlıyır.

Paylaş: