Ən doğru məzhəb hansıdır?
Aleykum salam. Tək azərbaycanda deyil, bütün dünyada ən düzgün yol, Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur. Uca Allah buyurur ki, onun sevgisini qazanmağın yolu Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) tabe olmaqdır: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də siə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Ona görə də Qurani Kərimi və Peyğəmbərimizin (Allahın ona və ailsəinə salavatı və salamı olsun) həyatını oxuyun, dinə sonradan gətirilmiş yeniliklərdən çəkinin. Bu zaman doğru yol sizə aydın olacaq. Daha ətraflı: Hansı məzhəb düzgündür?