Şirdən qorxuram, nə edim?

    12.03.2014
Sual: 
Salam aleykum. Menim 16 yashim var. Lakin şirden qorxuram. Şir şekli gorende ister-istemez vahimeye duşurem. Duşunurem ki, bu cindir. Çunki sizin bir yazinizda oxumuşdum ki, cin ilan ve diger heyvan şeklinde insana gorunur. Bu fobiama gore choxlu namazdan sonra choxlu dualar edirem. Ancaq yenede qorxuram. Bilirem biraz qeribedir, amma bu hal mende taxinti yaradib. Sizce men ne etmeliyem?
Cavab: 

Aleyakum salam. Siz təbii olan qorxunu başqa şeylərlə əlaqələndirirsiniz. Bu düzgün deyil. İnsanın şirdən qorxması normaldır, xüsusən də 16 yaşında. Bu hal sizdə inşallah böyüdükcə keçəcəkdir. Vahiməyə düşmək lazım deyil. Siz çalışın bu hala çox önəm verməyəsiniz və elə hesab edin ki, bu adi bir haldır və hər bir insanda ola bilər. Həmçinin qorxduqda "Lə iləhə illəllah" (Allahdan başqa haqq məbud yoxdur) deyə bilərsiniz.

Paylaş: