Heyzin normallaşması üçün dua varmı?

    12.03.2014
Sual: 
Salam aleykum. Heyzin normal olmasi uchun dua varmi? Bunun uchun ne duasi edek?
Cavab: 

Aleykum salam. Heyzə aid məsələlər üçün şəriətimizdə xüsusi dua forması yoxdur. Sadəcə ümümi şəkildə Allah Təalaya dua edərək, istənilən probleminizin həllini Ondan diləyə bilərsiniz. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Dua möminin silahı, dinin sütunu, göylərin və yerin də nurudur". (əl-Hakim, 1/492; əl-Munziri, "ət-Tərğib va ət-Tərhib", 2/315, №: 2525, Əbu Ya'lə, 439; İbn Adiyy, 2/296; əl-Qudai, 1/2/4; əl-Heysəmi, "əl-Məcmə", 10/147).

Paylaş: