Başqasının eybini örtmək üçün yalan danışmaq olarmı?
Sual:
Salam aleykum. Eyibi örtmək tam mənada nə deməkdir? Məsələn birinin eybini örtmək üçün yalan deməliyik? Filankəs deyir ki, o bu işi etdi. Biz de eybini örtmək üçün yox deyirik, düzgündürmü bu?
Cavab:
Aleykum salam. Xeyir, eybi örtmək üçün yalan danışmaqdan istifadə etmək olmaz. Bir müsəlmanın günahı və ya eyibli işləri varsa və bunu biliriksə, başqalarının yanında bunu danışmaq olmaz. Bax, bu eybi örtmək sayılır. Bu barədə Peyğəmbərimiz (salləlhu aleyhi və səlləm) buyurur ki; "Kİm bir müsəlmanın eybini örtərsə, qiyamət günü Allah Təala da onun eyblərini örtər". (İmam Əhməd "Musnəd" əsəri).