Sufilik təriqətinin "naciyə" firqəsinə uyğun ibadət etmək olarmı?

    24.08.2018
Kimdən: 
Mezahir
Sual: 
Salam.Men iki ile yaxındır sufi teriqetinin naciye firqesine uyğun inadet edirem.İmam Ali isgender evrenesoğlunua beyet etmişem.Amma o vaxtdan beri özümü çox narahat hiss edirem.Xoşagelmez hallar baş verir,bele ki zikr ve namazlarda küfre düşürem.Bu ne ile izah oluna biler
Cavab: 
Va aleykum Salam. Sufilər azmış, lakin İslama nisbət olunan firqələdirlər. Bu təriqət üzvləri Allaha dua edərkən hansısa insan vasitəsilə dua edərək şirk edirlər, həmçinin dində peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi bidətlər (yeniliklər) edirlər. Nə peyğəmbərin (salləllahu aleyhi və səlləm) nə səhabələrin nə də tabeinlərin (səhabələrin ardıcılları) dövründə sufilik olmayıb. Bütün bunlar xeyirli əməllərin puç olması və Cəhənnəmə düşmək kimi dəhşətli sonluğa apara bilər. Uca Allah buyurur: "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur".(Səhih əl-Buxari, 2697). Uca Allah həmçinin buyurur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisa, 115). Daha ətraflı:
Paylaş: