Dində yenilik edənlərlə mübahisə edəndə əsəbiləşib özümdən çıxıram...
Va aleykum Salam.
1. Bəli, namazda ən-Naziat surəsini 12-ci ayəyə qədər, yaxud ondan az və ya ondan çox da oxumaq olar.
2. Bidət əhlinə (dində yenilik edənlərə) qarşı elmlə və səbrlə mübarizə aparmaq, onlara qarşı çıxmaq və s. gözəl əməllərdəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Canım Əlində Olana and olsun ki, ya mütləq olaraq yaxşılığı əmr edib, pislikdən çəkindirəcəksiniz, ya da az qalır ki, Allah Özündən sizə bir əzab göndərsin, sonra da siz (əzabın qaldırılması üçün) dua edəsiniz, lakin sizə cavab verilməsin". (ət-Tirmizi, 2169; İmam Əhməd, 23349; əl-Albani "Sahihul-Camius-Sağir" əsərində (7070) hədisin həsən olduğunu bildirmişdir).
Bunun üçün sizin danışdığınız məsələdə elmli olmanız, Allahın kitabında və səhih hədislərdəki dəlilləri bilməniz lazımdır. Bundan əlavə səbirli, əxlaqlı olmalı, özünüzdən çıxmamalı və heç kimi alçaltmamalısınız. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun), səhabələrin (radıyəllahu anhum) və onlardan sonra gələn alimlərin dəvət üslubları haqqında daha çox oxuyub öyrənməyə çalışın. Daha ətraflı:
İslama dəvət necə olmalıdır?
Bir insanı günahdan necə çəkindirmək olar?