Tarix "Qədr Xum" hadisəsini necə izah edir?

    13.03.2014
Kimdən: 
Mətin Əliyev
Sual: 
Salam aleykum. islam tarixinde Hezreti Əli aleyhis səlamin Hezreti Peygember Salavatullahdan sonraki xelife olmasini tesdiq eden Qedr Xum sehrasi hadisesi sunni ve shie terefin her iksin de qebul olnur? Bes tarix elmi ne deyir buna? Olubsa eyer neden Hezreti Əli xelife olmayib?
Cavab: 

Və aleykum Salam.. Bəli, bu hadisə baş verib və bu həm sünni kitablarında həmdə şiə kitablarında mövcuddur. Həmçinin tarix kitablarında da tapmaq mümkündür. Demək istədiyimiz budur ki, bu hədisi heç kim inkar etmir. Amma məsələ burasındadır ki, "Qədr Xum" hadisəsində xəlifəlikdən söhbət belə getməyib. Diqqət edin! Peyğəmbər (salləllahu aleyhi və səlləm) Vida Həcci edir. Həccdə yüz qırx min səhabə toplanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara öz vəsiyyətini edəndən sonra, Mədinəyə səkkiz min səhabə ilə qayıdır. Yolda Qədr-Xum adlı yerdə, Məkkədən iki yüz əlli (250) kilometr uzaqlıqda bu hadisə baş verir. Əgər Qədr-Xum adlı yerdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) özündən sonra İmam Əlini (Allah ondan razı olsun) xəlifə elan etmişdisə, onda niyə bunu yüz qırx min səhabənin içində vəsiyyət elədiyi Vida Həccində etmədi? Əksinə, səkkiz min səhabənin içində etdi. Belə çıxır ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ümmətini çətinliyə və gələcək parçalanmalara təhrik edib?! Bu əsla ola bilməz! Bütün Əhli-Sünnə kitablarında olan Qədr-Xum hadisəsinə aid hədislər bizə bu hadisənin xəlifəliklə heç bir əlaqəsinin olmadığını xəbər verir. Qədr-Xum hadisəsinin səbəbi isə o idi ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Yəməndən gələn qənimətin toplanmasını İmam Əliyə tapşırır. Lakin, bəzi insanlar Əli haqqında dedi-qoduya yol verirlər. Belə ki, İmam Əli (Allah ondan razı olsun) onlara sədəqə malından olan dəvələrə minməyi qadağan etmişdi və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gedir. İmam Əli (Allah ondan razı olsun) onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. İmam Əli (Allah ondan razı olsun) dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi. Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu söhbətlər çatdıqda Qədr-Xum adlı yerdə camaatı saxlayıb onlara xitab edir və İmam Əlinin fəzilətlərini onlara deyir. Camaata nəsihət edir ki, İmam Əlini öz itaətsizliyi ilə incitməsinlər. Bu məşhur söz də orda deyilir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əgər Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demiş olsaydı ki, İmam Əli (Allah ondan razı olsun) məndən sonra xəlifə olsun, onda o mütləq olmalı idi. Lakin, Peyğəmbərimizdən (Ona Allahın salavatı və salamı olsun) sonra məlumdur ki, xəlifə Əbu Bəkr, ondan sonra Ömər, ondan sonra Osman, ondan sonra da İmam Əli (Allah onların hamısından razı olsun) olmuşdur. Necə ola bilər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözü desin, amma Həzrət Əli (Allah ondan razı olsun) xəlifə olmasın? Məgər Həzrəti Əli, Əbu Bəkrdən, Ömərdən, yoxsa Osmandan (Allah onlardan razı olsun) qorxurdu? Niyə olmadı? Yoxsa, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yalanmı danışıb? Deməli, bu o deməkdir ki, "Qədr-Xum"da söhbət xəlifədən və xəlifəlikdən getməyib. Məsələn, kimsə mənə pul verməlidi. Mən də səni onun yanına göndərirəm ki, "get o pulu götür zəhmət olmasa". Həmin adam mənə zəng edir ki, bir nəfər gəlib, mən də deyirəm ki, mən və ya o, fərqi yoxdur. Pulu ver ona! Bu o demək deyil ki, mən öləndən sonra mənim şirkətimə, mirasıma varis çıxmalısan. Həmçinin, "Mövla" sözü ərəb dilindən tərcümədə "dostu", "sevimlisi" və s. bu kimi mənaları verir.  "Mövla" sözü xəlifə mənasında işlənmir. Bütün bu deyilənləri nəzərdən keçirib diqqət yetirin.

Teqlər: 
Paylaş: