Ölü üçün Quran oxumaq və ölünü 2 dəfə yumaq olarmı?
Sual:
Salam aleykum. 1) Qəbiristanlıqda Quran və ya Quran surələri oxumaq olarmı?
2) Ölünü 2 dəfə chimizdirmək nə dərəcədə düzgündür? Məsələn; Bakida ölüb chimizdiriblər, sonra kəndə gətirib yenə chimizdirirlər...
Cavab:
Aleykum salam. 1) Əgər ölüyə oxunan Quranı və ya surələri nəzərdə tutursunuzsa, xeyir olmaz. Daha ətraflı buradan da oxuya bilərsiniz; "Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"
2) Ölüyə bir dəfə yumaq kifayət edər. İkinci dəfə yumaq düzgün deyildir.