Ağır xəstəliyi olan şəxs evlənərkən bunu qarşı tərəfdən gizlədə bilərmi?
Va aleykum Salam. Əvvəla qeyd edək ki, islamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan da naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır. Odur ki, bu işdə həmin oğlanla sizi bağlayan heç bir səbəb yoxdur. Ona görə də həmin oğlanın etdiyi hər hansı bir əmələ və ya günaha siz cavabdehlik daşımırsız. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
Oğlan isə xəstə olduğunu evlənmək istədiyi qıza bildirməlidir. İslama görə ailə qurmaq istəyən şəxsin evliliyə xələl gətirə biləcək qüsurları (sonsuzluq, ağır xəstəliklər, şikəstlik və s.) evlənmək istədiyi adama bildirməsi vacibdir. Razılaşıb-razılaşmamaq isə qarşı tərəfin öz seçimi və haqqıdır. Rəvayət edildiyinə görə bir gün Ömər ibn Xattab (Allah ondan razı olsun) sonsuz olan bir kişi evləndiyi zaman ondan bu haqda qadına deyib-demədiyini soruşaraq belə demişdir: "Evlənmək istədiyin qadına sonsuz olduğun barədə demisənmi?" Kişi: Xeyir, deməmişəm. Ömər ona get qadına bu haqda de, sonra səninlə qalıb-qalmamasına seçim elətdir". (İmam Abdurrazzaq əs-San'ani "əl-Musannəf" əsəri, №: 10346; Səid ibn Mənsur "əs-Sunən" kitabı, 2021).
Lakin ailə qurmaq istədiyi insandan evliliyə xələl gətirəcək nöqsanlarını gizəltsə, bununla onu aldatmış, ona zülm etmiş və haqqına girmiş sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Bizi aldadan bizdən deyildir". (Muslim "İman", 164, 1/99, №: 102; əd-Darimi, 2/323; İmam Əhməd "Musnəd", 2/50; İbn Məcəh, 2/749). Həmçinin oxuyun:
Qul haqqı barədə
Sevib, sevilmək barədə