Ərim içkili olarkən ona yaxınlaşmaya bilərəmmi?

    13.03.2014
Sual: 
Salam aleykum. Men namaz qiliram, erim ise ichki ichendir. Her gün yox, amma ichende herden ichir. Men ne desemde sozumu agzimda qoyur deyir, menim ishime qarishma. Men ne edim ki, o ichkili olanda yaxin durmayim heç ona? Mene haram yazilir?
Cavab: 

Aleykum salam. Əriniz içki içdiyi üçün sizə günah yazılmır. Siz sadəcə o içkili olanda onunla çox ünsiyyət qurmayın. Adi vaxtlarda isə çalışın ki, ona nəsihət edəsiniz ki, bunu Uca Allah haram edib. Uca Allah buyurur: "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (ən-Nəhl, 125). Daha ətraflı: İçki içməyin günahı

Teqlər: 
Paylaş: