Ərimin adı və soyadı ruscadır, amma islamı qəbul edib. Bizim nikahımız halal sayılırmı?

    13.03.2014
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Yoldashimin ad-familyasi rusdu. Amma shehadet verib ki, muselmanam, muselmanchiligi qebul edib. Bizim kebinimiz halal sayilir?
Cavab: 

Aleykum salam. Bəli, halal sayılır. Çünki milliyyətinin və ya ad-soyadın hansısa millətə mənsub olması, insanın İslamiyyətinə heç bir təsiri yoxdur. Allah yanında ən xeyirli bəndə Ondan ən çox qorxandır. Allah Təala belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". (əl-Hucurat, 13).

Teqlər: 
Paylaş: