Təqlid və təqlidçilik nədir?
Sual:
Salam aleykum. Təqlid və təqlidçilik nədir və 4 məzhəb imamı bu barədə nələr deyib? Zəhmət olmasa bu barədə bizə geniş və ətraflı məlumat verərdiz. Öncədən öz təşşəkkürümüzü bildiririk.
Cavab:
Aleykum salam. İslamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək olmaz. İslama görə tabeçilik yalnız Allah və Onun Rəsulunadır. Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab, 36).