Ramazan və Qurban bayramı neçə gündür?
Va aleykum Salam. İslamlar alimləri demişlər ki, əslində Ramazan və Qurban bayramlarının şəriətdəki müddəti 1 gündür. Ancaq alimlərin dediklərinə görə yeyib-içmək, bayramlaşmaq baxımından Ramazan bayramını 3 gün, Qurban bayramını da təşriq (bayramdan sonrakı 3 gün. Qəməri təqvimilə Zil-Hiccə ayının 11, 12 və 13-ü) günləri ilə birlikdə 4 gün bayram kimi qeyd etməkdə bir qəbahət yoxdur. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ərafa günü, Qurban günü və ondan sonrakı təşriq günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir (yəni bayram günləri)". (ət-Tirmizi). İmam əş-Şövkani demişdir ki, bu hədis Qurban kəsilən gündən sonrakı təşriq günlərinin də bayram kimi qeyd edilməsinə dəlildir. (Bax: əl-Muntəqa şərh əl-Muvatta).
Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin...". (əl-Bəqərə, 203). İbn Abbas (Allah ondan razı olsun) ayədəki "Əyyami mə'dudat - sayı müəyyən olan günləri" Zil-Hiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir. Həmçinin oxuyun: İslam fiqhi: İKİ BAYRAM NAMAZI