"Azan verildikdə namaz qılmadan məsciddən çıxan adam Əbul-Qasimə endiriləni inkar etmişdir" hədisi haqqında

    14.10.2018
Kimdən: 
Fazil
Sual: 
Assalamu Aleykum qardaw DjazakAllahu Xayran Allah Rasulu Sallahu Aleyhi ve Sellem deyirki Ezan cekilib mescidden uzaqlawan adam Abdulqasime endirileni inkar etmiw kimi di yoxsa bu sozler Abu Hureyra RadiAllahu Anhunun sozudu? Allah Razi olsun
Cavab: 

Va aleykum Salam. Ümumən azan verildikdən sonra üzürlü bir səbəb olmadan məsciddən çıxmaq haramdır. Qeyd etdiyiniz rəvayətə gəlincə isə o, belədir. Əbu Şa'sə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Əbu Hureyrə (Allah ondan razı olsun) ilə birlikdə məsciddə oturmuşduq. Namazın vaxtı daxil olduqda müəzzin azan verdi bu əsnada bir kişi qalxaraq getdi. Əbu Hureyrə (Allah ondan razı olsun) onu məsciddən çıxana qədər baxışları ilə təqib etdikdən sonra belə dedi: "Bu kəs artıq Əbul-Qasimə (Muhəmməd peyğəmbərə - salləllahu aleyhi və səlləm) asi olmuşdur". (Muslim, 655). Yəni, etdiyi bu hərəkəti ilə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrinə qarşı gələrək asi olmuşdur. Asilikdə nəzərdə tutulan əsl məna isə haramlıqdır. Uca Allah buyurur: "Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzab, 36). Bu yerə qədər Əbu Hureyrənin (Allah ondan razı olsun) sözüdür. İmam Əhməd (Allah ona rəhmət etsin) isə bu hadisəni bu əlavə ilə rəvayət etmişdir: "Sonra isə Əbu Hureyrə (Allah ondan razı olsun) dedi: "Allahın Elçisi (salləllahu aleyhi və səlləm) bizə əmr edərək belə dedi: "Sizlərdən biri məsciddə olduğu halda namaz üçün azan verilərsə, oradan namaz qılmadan çıxmasın". (İmam Əhməd "Musnəd" kitabı, "10946. Şueyb əl-Arnaut "Musnəd"in bunu təhqiqində səhihləşdirib).

Paylaş: