Uca Allahın qadınlara mərhəməti - əl-Bəqərə surəsi 222 - ci ayə
“Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”
عَنْ أَنَسٍ أَنَّ الْيَهُودَ كَانُوا إِذَا حَاضَتْ الْمَرْأَةُ فِيهِمْ لَمْ يُؤَاكِلُوهَا وَلَمْ يُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ فَسَأَلَ أَصْحَابُ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {وَيَسْأَلُونَكَ عَنْ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ} إِلَى آخِرِ الْآيَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اصْنَعُوا كُلَّ شَيْءٍ إِلَّا النِّكَاحَ فَبَلَغَ ذَلِكَ الْيَهُودَ فَقَالُوا مَا يُرِيدُ هَذَا الرَّجُلُ أَنْ يَدَعَ مِنْ أَمْرِنَا شَيْئًا إِلَّا خَالَفَنَا فِيهِ فَجَاءَ أُسَيْدُ بْنُ حُضَيْرٍ وَعَبَّادُ بْنُ بِشْرٍ فَقَالَا يَا رَسُولَ اللَّهِ إِنَّ الْيَهُودَ تَقُولُ كَذَا وَكَذَا فَلَا نُجَامِعُهُنَّ فَتَغَيَّرَ وَجْهُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى ظَنَنَّا أَنْ قَدْ وَجَدَ عَلَيْهِمَا فَخَرَجَا فَاسْتَقْبَلَهُمَا هَدِيَّةٌ مِنْ لَبَنٍ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْسَلَ فِي آثَارِهِمَا فَسَقَاهُمَا فَعَرَفَا أَنْ لَمْ يَجِدْ عَلَيْهِمَا
Ənəs (Allah ondan razı olsun) demişdir: “Yəhudilər qadınları heyz olduqda onlarla (bir süfrədə) yemək yeməz və onlarla bir evdə qalmazdılar. Peyğəmbərin – salləllahu aleyhi və səlləm – səhabələri bunun haqqında ondan soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla (yaxınlıq etməkdən) uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”. (əl-Bəqərə, 222). (Ayə nazil olduqdan) sonra Allah Elçisi – salləllahu aleyhi və səlləm – buyurdu: “(O halda qadınlarınızla) cinsi əlaqədən başqa, istədiyinizi edə bilərsiniz!” Bu xəbər yəhudilərə çatdıqda onlar dedilər: “Bu adam hər bir işdə bizim etdiklərimizin əksini edir”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr (Peyğəmbərin – salləllahu aleyhi və səlləm – yanına) gəlib dedilər: “Ey Allahın Elçisi! Yəhudilər belə-belə deyirlər. (Onlara müxalif olmaq üçün) heyzli qadınlarla cinsi əlaqəyə girəkmi?” Allah Elçisinin – salləllahu aleyhi və səlləm – sifəti dəyişdi, hətta bizə elə gəldi ki, onun bu iki nəfərə qəzəbi tutmuşdur. Sonra onlar çıxıb getdilər. Onların ardınca Peyğəmbərə – salləllahu aleyhi və səlləm – hədiyyə olaraq süd gətirdilər. Peyğəmbər – salləllahu aleyhi və səlləm – (südü səhabələrdən birinə verib) onların dalınca göndərdi və o, bu süddən onlara içirtdi. Beləliklə də, o iki nəfər Peyğəmbərin – salləllahu aleyhi və səlləm – onlara acığı tutmadığını başa düşdü”.
Muslim, 302, 455, 720; Əbu Davud, 258, 2165; ət-Tirmizi, 2977; İbn Macə, 644; ən-Nəsai, 369; Əhməd, 12354, 12376; əl-Bəzzar, 6995; ət-Tayəlisi, 2165; İbn Hibban, 1362.