Səhih Qüdsi Hədislər
Qüdsi hədis dedikdə Qurani kərimdə olmayan, lakin peyğəmbərin - Allahın ona salavatı və salamı olsun - hədis şəklində rəvayət etdiyi Allahın kəlimələri nəzərdə tutulur. Bu kitabda həmin hədislərin içindən səhih olanları seçilərək toplanmışdır.
Allah Elçisi salləllahu aleyhi və səlləm Allahın Qurani-Kərimdə buyurduğu kimi: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (ən-Nəcm, 3-4). Onun söylədiyi sözlər arasında “qüdsi” deyilən hədislərə rast gəlinir. Qüdsi hədis həm ləfz,[1] həm də məna cəhətdən Peyğəmbərin salləllahu aleyhi və səlləm Rəbbindən rəvayət etdiyi hədislərə deyilir. Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarilə Uca Allahdan, Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəmbərimizə salləllahu aleyhi və səlləm aid edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə salləllahu aleyhi və səlləm aid edilir. Bu hədislərə Uca Allaha nisbət oldunduğu üçün "qüdsi", yəni "müqəddəs" hədislər deyilir.
Qüdsi hədislərlə Quran arasında olan fərq aşağıdakı kimidir:
Diqqət! Allahın ad və sifətləri yalnız Allaha xas və layiq şəkildə olduğu üçün onların necəliyi və keyfiyyəti barəsində fikir yürütmək, düşünmək və ya danışmaq olmaz!
ÖN SÖZ
Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk olaraq hamınızı Allahın salamı ilə salamlayırıq.Allah Elçisi salləllahu aleyhi və səlləm Allahın Qurani-Kərimdə buyurduğu kimi: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (ən-Nəcm, 3-4). Onun söylədiyi sözlər arasında “qüdsi” deyilən hədislərə rast gəlinir. Qüdsi hədis həm ləfz,[1] həm də məna cəhətdən Peyğəmbərin salləllahu aleyhi və səlləm Rəbbindən rəvayət etdiyi hədislərə deyilir. Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarilə Uca Allahdan, Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəmbərimizə salləllahu aleyhi və səlləm aid edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə salləllahu aleyhi və səlləm aid edilir. Bu hədislərə Uca Allaha nisbət oldunduğu üçün "qüdsi", yəni "müqəddəs" hədislər deyilir.
Qüdsi hədislərlə Quran arasında olan fərq aşağıdakı kimidir:
- Qurani-Kərim bütövlüklə mütəvatirdir, Qüdsi hədislər isə belə deyildir.
- Qurani-Kərim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur, qüdsi hədislərin arasında zəif, hətta batil və uydurma hədislərə rast gəlinir.
- Qurani-Kərim məxluq deyil, yəni yaradılmayıb. Qüdsi hədislər isə Allah Elçisinin salləllahu aleyhi və səlləm sözləridir, yəni məxluqdur.
- Qurani-Kərim həm məna, həm də ləfz etibarilə Allahdandır. Qüdsi hədislər isə mənaca Allahdan, ləfz etibarilə Allah Elçisindəndir salləllahu aleyhi və səlləm.
- Qurani-Kərim ayə, surə, hizb və cüzlərə bölünür, qüdsi hədislər isə bunlara bölünmür.
- Qurani-Kərimi oxuduqda onun hər bir hərfinə görə on savab verilir, qüdsi hədislər isə belə deyildir.
- Qurani-Kərim namazda oxunur, qüdsi hədisləri isə namazda oxumaq olmaz.
Diqqət! Allahın ad və sifətləri yalnız Allaha xas və layiq şəkildə olduğu üçün onların necəliyi və keyfiyyəti barəsində fikir yürütmək, düşünmək və ya danışmaq olmaz!
[1] Ləfz - rəvayət, mətn.