Allahın ilk yaratdığı
قَالَ عُبَادَةُ بْنُ الصَّامِتِy لاِبْنِهِ يَا بُنَىَّ إِنَّكَ لَنْ تَجِدَ طَعْمَ حَقِيقَةِ الإِيمَانِ حَتَّى تَعْلَمَ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ وَمَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ أَوَّلَ مَا خَلَقَ اللَّهُ الْقَلَمَ فَقَالَ لَهُ اكْتُبْ. قَالَ رَبِّ وَمَاذَا أَكْتُبُ قَالَ اكْتُبْ مَقَادِيرَ كُلِّ شَىْءٍ حَتَّى تَقُومَ السَّاعَةُ». يَا بُنَىَّ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «مَنْ مَاتَ عَلَى غَيْرِ هَذَا فَلَيْسَ مِنِّى»
Ubədə ibn Samit[1] (Allah ondan razı olsun) oğluna belə demişdir: “Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan.[2] Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “Allahın ilk yaratdığı şey qələmdir.[3] Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Ey Rəbbim! Nə yazım?[4]” Allah buyurdu: “Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!” O, sözünə davam edərək dedi: “Ey oğul! Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir”.[5]
عَنْ عَبْد الْوَاحِدِ بْن سُلَيْمٍ قَالَ قَدِمْتُ مَكَّةَ فَلَقِيتُ عَطَاءَ بْنَ أَبِى رَبَاحٍ فَقُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ إِنَّ أَهْلَ الْبَصْرَةِ يَقُولُونَ فِى الْقَدَرِ. قَالَ يَا بُنَىَّ أَتَقْرَأُ الْقُرْآنَ قُلْتُ نَعَمْ. قَالَ فَاقْرَإِ الزُّخْرُفَ. قَالَ فَقَرَأْتُ (حم وَالْكِتَابِ الْمُبِينِ إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ وَإِنَّهُ فِى أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ) فَقَالَ أَتَدْرِى مَا أُمُّ الْكِتَابِ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ فَإِنَّهُ كِتَابٌ كَتَبَهُ اللَّهُ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَوَاتِ وَقَبْلَ أَنْ يَخْلُقَ الأَرْضَ فِيهِ إِنَّ فِرْعَوْنَ مِنْ أَهْلِ النَّارِ وَفِيهِ (تَبَّتْ يَدَا أَبِى لَهَبٍ وَتَبَّ) قَالَ عَطَاءٌ فَلَقِيتُ الْوَلِيدَ بْنَ عُبَادَةَ بْنِ الصَّامِتِ صَاحِبِ رَسُولِ اللَّهِ ﷺ فَسَأَلْتُهُ مَا كَانَ وَصِيَّةُ أَبِيكَ عِنْدَ الْمَوْتِ قَالَ دَعَانِى أَبِى فَقَالَ لِى يَا بُنَىَّ اتَّقِ اللَّهَ وَاعْلَمْ أَنَّكَ لَنْ تَتَّقِىَ اللَّهَ حَتَّى تُؤْمِنَ بِاللَّهِ وَتُؤْمِنَ بِالْقَدَرِ كُلِّهِ خَيْرِهِ وَشَرِّهِ فَإِنْ مُتَّ عَلَى غَيْرِ هَذَا دَخَلْتَ النَّارَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ أَوَّلَ مَا خَلَقَ اللَّهُ الْقَلَمَ فَقَالَ اكْتُبْ. فَقَالَ مَا أَكْتُبُ قَالَ اكْتُبِ الْقَدَرَ مَا كَانَ وَمَا هُوَ كَائِنٌ إِلَى الأَبَدِ»
Abdul-Vahid ibn Suleym demişdir: “Məkkəyə gəlib Ata ibn Əbi Rabahla[6] (Allah ona rəhm etsin) görüşdüm və ona dedim: “Ey Əbu Muhəmməd! Bəsrəlilər qədər haqqında danışırlar[7]”. O soruşdu: “Ey oğul, Quran oxuyursan?” Mən: “Bəli”- deyə cavab verdim. O dedi: “Zuxruf surəsini oxu!” Mən də oxudum: “Ha. Mim. (Bu) aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o yanımızdakı “Ummul-Kitab”dadır. O ucadır, hikmətlə doludur” (əz-Zuxruf, 1-4). O soruşdu: “Ummul-Kitab”ın nə olduğunu bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir”- deyə cavab verdim. O dedi: “Həqiqətən, o, Allahın göyləri və yeri yaratmasından qabaq yazdığı Kitabdır. Orada Fironun Cəhənnəm əhlindən olduğu və “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (əl-Məsəd, 1) - ayəsi yazılmışdır[8]”. Ata ibn Əbi Rabah dedi: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - səhabəsi Vəlid ibn Ubədə ibn Samitlə görüşüb ondan soruşdum: “Sənin atan ölərkən nə vəsiyyət etmişdir?” O da belə cavab verdi: “Atam məni çağırıb dedi: “Ey oğul, Allahdan qorx və bil ki, sən Allaha və bütövlükdə qədərin xeyir və şərinə iman etmədikcə, heç vaxt Allaha qarşı təqvalı olmazsan. Bundan qeyri (etiqad) üzərində ölsən, Cəhənnəmə daxil olarsan. Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “Allahın yaratdığı ilk şey qələmdir. Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Nə yazım?” Allah buyurdu: “Qədəri yaz! - Əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi”.[9]
[1] Ubadə ibn Samit ibn Qeys ibn Əsram əl-Ənsari (Allah ondon razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Miladi 583-cü ildə Mədinədə anadan olmuş, hicrətin 34-cü ilində Fələstində vəfat etmişdir.
[2] Yəni, “qəza və qədərin Allahın izni ilə baş verməsinə iman etməyincə”. Belə ki, hər bir müsəlman qəza və qədərə iman gətirməlidir. Qəza və qədərə iman imanın altı şərtindən biridir. Bunlar; Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, Axirətə, qəza və qədərə imandır.
[3] Hədisdə “Allahın ilk yaratdığı şey qələmdir”- dedikdə, bu aləmdə qələmin ilk məxluq olması nəzərdə tutulur. Bəzi İslam alimlərinə görə Ərş, su və külək qələmdən əvvəl yaradılmışdır. Bunun təsdiqi Abdullah ibn Amrdan y rəvayət edilən hədisdə öz əksini tapmışdır. Hədisdə Allah Elçisi ﷺ belə demişdir: “Allah göyləri və yeri yaratdıqdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır. Onun Ərşi də suyun üzərində idi”. (Muslim, 4797).
[4] Hər şeyə qadir olan Allah qələmi danışdırmağa qadirdir. Sünnədən bizə gəlib çatan digər hədislər də əşyaların Allah tərəfindən danışdırılacağından xəbər verir.
[5] Əbu Davud, 4702. əl-Albani səhih olduğunu bildirmişdir.
[6] Ata ibn Əbi Rabah (Allah oon rəhm etsin) məşhur tabiinlərdən olmuş, bir çox səhabələri görmüş və onlardan elm almışdır. Hicrətin 27-ci ilində Məkkədə doğulmuş, hicrətin 114-cü ilində orada da vəfat etmişdir.
[7] Yəni, qədər haqda qaranlıq şeylər danışırlar.
[8] Yəni, orada hər şey haqqında yazılmışdır.
[9] ət-Tirmizi, 2155, 3319. əl-Albani hədisin səhih olduğunu demişdir. İslam alimlərinə görə hədisdəki “əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi” kəlamı Peyğəmbərə ﷺ aiddir. “Əvvəl olmuş” kəlamı Peyğəmbərin ﷺ hədisi danışdığı andan əvvəl olmuş və ya Allahın qələmi yaratmasından əvvəl Ərş, su, külək və s. kimi məxluqların olması kimi şərh edilir.