Bənu Qaynuqa tayfası haqda - Ali-İmran surəsi 12-13 - cü ayələr

    21.08.2018
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ % قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَار

 
“Kafirlərə de: "Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır

 
عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا أَصَابَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُرَيْشًا يَوْمَ بَدْرٍ فَقَدِمَ الْمَدِينَةَ جَمَعَ يَهُودَ فِي سُوقِ بَنِي قَيْنُقَاعٍ فَقَالَ : يَا مَعْشَرَ يَهُودَ ، أَسْلِمُوا قَبْلَ أَنْ يُصِيبَكُمْ مِثْلُ مَا أَصَابَ قُرَيْشًا ، فَقَالُوا : يَا مُحَمَّدُ لاَ يَغُرَّنَّكَ نَفْسُكُ أَنَّكَ قَتَلْتَ نَفَرًا مِنْ قُرَيْشٍ كَانُوا أَغْمَارًا لاَ يَعْرِفُونَ الْقِتَالَ ، إِنَّكَ لَوْ قَاتَلْتَنَا لَعَرَفْتَ أَنَّا نَحْنُ النَّاسُ ، وَأَنَّكَ لَمْ تلق مِثْلَنَا ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ : {قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ} إِلَى قَوْلِهِ : {لِأُولِي الأَبْصَارِ}
 

Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi – salləllahu aleyhi və səlləm - Bədr döyüşündə Qureyşi məğlub etdikdən sonra Mədinəyə qayıtdı və yəhudiləri Bənu Qaynuqa bazarında bir yerə toplayıb dedi: “Ey yəhudilər! Qureyşin düçar olduğunun bənzəri sizə gəlməmişdən qabaq İslamı qəbul edin!” Onlar dedilər: “Ey Muhəmməd! Sənin Qureyşdən döyüşə bilməyən naşı bir dəstəni öldürməyin səni aldatmasın. Əgər sən bizimlə döyüşsən, bizim kim olduğumuzu və bizim kimiləri ilə qarşılaşmadığını bilərsən”. Uca Allah da bu ayəni nazil etdi: Kafirlərə de: "Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”. (Ali-İmran, 12-13)”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 6666, 6667, 6707; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 377; İbn Əbu Hatim “Təfsir” 3234; İbn Munzir “Təfsir” 272; İbn Kəsir, 2/17. Ali Nəsr və əl-Hilali şahidləri ilə birlikdə həsən olduğunu bildirmişlər.