İndiki bütün insanlar Muhəmməd Peyğəmbərin ümmətndən sayılır?
Aleykum salam. İndiki bütün insanlar yox, yalnız Muhəmməd peyğəmbərə (salləllahu aleyhi va səlləm) iman gətirən müsəlmanlar onun ümməti sayılır. Hər bir peyğəmbərin öz ümməti vardır. Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allah Təalanın İbrahim peyğəmbər (Allahın ona salamı olsun) haqqında: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir". (İbrahim 36), və İsa peyğəmbər (Allahın ona salamı olsun) haqqında: "Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" (əl-Maidə, 118), ayələrini oxuyarkən əllərini qaldırdı və: "Allahım! Ümmətim, ümmətim!" - deyərək ağladı. Allah Təala buyurdu: "Ey Cəbrail! - Rəbbin daha yaxşı bildiyi halda - Muhəmmədin (salləllahu aleyhi və səlləm) yanına get və ondan soruş: "Səni ağladan nədir?" Cəbrail (Allahın ona salamı olsun) də onun yanına gəlib soruşdu. Allah Elçisi (salləllahu aleyhi və səlləm) də söylədiklərini - Allahın daha yaxşı bildiyi halda - ona xəbər verdi. Allah buyurdu: "Ey Cəbrail! Muhəmmədin yanına get və de: "Şübhəsiz ki, Biz səni ümmətindən razı edəcəyik və səni məyus etməyəcəyik". (Muslim).