Övladın etdiyi yaxşı və ya pis əməllərin valideynə hər hansı bir təsiri varmı?
Sual:
Salam.
Menim atam rehemete gedib.Bilmek isteyirdim bizim etdiyimiz gunah ve haram islere gore valideyne ezab verilirmi ve ya etdiyimiz savab emellere gore onlara nese yaxsi bi sey olurmu
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə, valideyn olsa belə heç bir kəs başqasının günahına görə cəzalandırılmır. Hər kəs Allah qarşısında öz əməlinə görə cavab verəcəkdir. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"...Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir". (əz-Zumər, 7).
"...Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir". (əz-Zumər, 7).
Süleyman ibn Amr əl-Əhvazdan o da atasından (Allah onlardan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vida həccində belə dediyini eşitdim: "Hər bir cani (günahkar) yalnız özünə qarşı cinayət (günah) etmişdir. Heç bir günahkar başqasının günahını, atanın günahını oğlu, oğlunun günahını da ata daşımaz...". (Hədisi İbn Məcəh rəvayət etmiş, əl-Albani də səhih demişdir).
Əbu Ramsə (Allah ondan razı olsun) nəql edir ki, oğlumla birlikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) hüzuruna getdim. Məndən: "Bu sənin oğlundur? – deyə soruşdu. Mən də: "Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm" – deyə cavab verdim. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "Nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də oğlun sənin xətalarına görə qınanacaq" – dedi...". (Əbu Davud, 2/575; İmam Əhməd, 2/226).
Lakin valideyn ailəsinə və övladlarına görə məsuliyyət daşıyır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829).
Əgər valideyn övladına pis tərbiyə verər, onu günaha sövq edərək günahı ona asanlaşdırar, o da günah edərsə, valideynə günah yazılar. Həmçinin, savab işlər də belədir. Əgər valideyn övladına gözəl tərbiyə verər, onu xeyir işlərə sövq edər, o da xeyir işlər görərsə, valideynə də savab yazılar. Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır". (ən-Nisa, 85).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanları doğru yola cağıranın mükafatının üzərinə onun dəvət etdiklərinin mükafatı əlavə olunacaq və bundan heç bir şey əksilməyəcək. İnsanları doğru yoldan uzaqlaşdıran və zəlalətə çağıranlara azdırdığı insanların da günahı yüklənəcək və bundan heç nə əksilməyəcək". (Səhih Muslim, 2674; 6980).
Həmçinin demişdir: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Səhih Muslim, 1893).
Həmçinin oxuyun: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Həmçinin demişdir: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Səhih Muslim, 1893).
Həmçinin oxuyun: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?