عَنْ أَنَسٍ قَالَ جَاءَ رَجُلٌ وَالنَّبِىُّ ﷺ فِى الصَّلاَةِ فَقَالَ الْحَمْدُ لِلَّهِ حَمْداً كَثِيراً طَيِّباً مُبَارَكاً فِيهِ. فَلَمَّا قَضَى النَّبِىُّ ﷺ الصَّلاَةَ قَالَ «أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا». قَالَ فَأَرَمَّ الْقَوْمُ - قَالَ - فَأَعَادَهَا ثَلاَثَ مِرَارٍ فَقَالَ رَجُلٌ أَنَا قُلْتُهَا وَمَا أَرَدْتُ بِهَا إِلاَّ الْخَيْرَ. قَالَ فَقَالَ النَّبِىُّ ﷺ «لَقَدِ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكاً فَمَا دَرَوْا كَيْفَ يَكْتُبُونَهَا حَتَّى سَأَلُوا رَبَّهُمْ ﷻ قَالَ اكْتُبُوهَا كَمَا قَالَ عَبْدِى»
Ənəs (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - salləllahu aleyhi və səlləm - namaz qılarkən bir kişi gəlib dedi: “Allaha həmd olsun, (özü də) çoxlu, xoş, mübarək bir həmd![1]” Namazı bitirdikdən sonra Peyğəmbər - salləllahu aleyhi və səlləm - soruşdu: “Bu kəlməni deyən kimdir!” İnsanlar susdular və o, bunu üç dəfə təkrarladı. Həmin kişi dedi: “Onu mən dedim və onu deməkdə də istəyim yalnız xeyir idi”. Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Artıq on iki mələk (onu yazmaq üçün bir-biriləri ilə) yarışdılar, lakin onu necə yazacaqlarını bilmədilər. Nəhayət Uca Rəbblərindən soruşdular, O da: “Qulumun söylədiyi kimi yazın!”- deyə buyurdu”.[2]
عن سلمان قال: قال رسول الله صلى الله عليه وسلم: قال رجلٌ: الحمدُ لله كثيراً فأعظَمَها الملَكُ أن يكتُبَها وراجعَ فيها ربّه ﷻ فقيلَ له: اكْتبها كما قالَ عبدِي: كثيراً
Salman[3] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir nəfər: “Əlhəmdulilləhi kəsiyran (Allaha coxlu həmdlər olsun!)”– dedi. (Bu sözü eşidən) mələk bunun savabını necə yazacağına heyrət etdi və buna görə öz Rəbbinə ﷻ müraciət etdi. Ona da: “Onu qulumun söylədiyi kimi “çoxlu” yaz”- deyə cavab verildi”.[4]
عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنّ النَّبِيَّ صلى الله عليه وسلم قَالَ : إِذَا قَالَ الْعَبْدُ سُبْحَانَ اللهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا وَإِذَا قَالَ الْحَمْدُ لِلَّهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا فَإِذَا قَالَ لاَ إِلَهَ إِلا اللَّهُ قَالَ اكْتُبُوا لِعَبْدِي مَحَبَّتِي كَثِيرًا
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - belə buyurdu: “Bəndə “Subhən-Allah” dedikdə, Uca Allah buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Əlhəmdulilləh”- dedikdə, Uca Allah buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Lə iləhə illəllah”- dedikdə, Uca Allah buyurur: “Quluma sevgimi çox yazın!”[5]
[1] Transkripsiyası: Əlhəmdulilləhi həmdən kəsiyran tayyibən mubərakən fihi.
[2] Əhməd, 12988, 13341, 13843. Şueyb əl-Arnavut hədisin əl-Buxari və Muslimin şərtlərinə görə isnadının səhih olduğunu bildirmişdir.
[3] Əbu Abdullah Salman əl-Farisi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ məşhur səhabələrindəndir. Hicrətin 35-ci ilində Mədaində vəfat etmişdir.
[4] ət-Tabərani “Mucəmul-Əvsat” 2061. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 3452) səhih olduğunu bildirmişdir.
[5] ət-Tabərani “əd-Dua” 1685. əl-Albani “Sahihut-Tərğib vat-Tərhib”də (№ 1578) buna oxşar hədisin həsən li-ğeyrihi olduğunu bildirmişdir.