Kiminsə namusuna toxunmağın günahı
Va aleykum Salam. Namuslu qadınlara iftira atmaq ən böyük günahlardandır: "(sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari).
Söyüş söymək haqqında Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilmişdir ki, Peyəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür". (əl-Buxari).
Hər bir günah üçün isə tövbə etmək və bir daha ona qayıtmamaq lazımdır: "Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Məidə, 39).