Bir şəxsin etdiyi əməlləri kiməsə danışmaq qeybət sayılır?
Sual:
Salam aleykum. Misal üçün bir insan bir hereket edir, men de onu kimese deyirem ki, filankes bele bir shey etdi. Budami qeybet sayilir? Yeni ancaq olanlari danishiriq bashqa heç ne... Allah sizden razi olsun!
Cavab:
Aleykum salam. Əgər siz bilsəniz ki, o insanın hərəkətini kiməsə danışsanız və o insan bundan xəbər tutsa, ona pis təsir edəcək, artıq onu danışmağınız qeybət sayılır. Yox əgər adi bir haldırsa və o insan xəbər tutub heç bir üzüntü çəkməyəcəksə, bu zaman danışa bilərsiniz. Həmçinin oxuyun:
Qeybət etmək niyə günah sayılır?
Halal qeybət olur?