[1] Əhməd, 7318, 7627, 7639, 7854. Şueyb əl-Arnavut Muslimin şərtinə görə hədisin isnadının səhih olduğunu bildirmişdir.
[2] İmam Muslimin “Səhih”indəki (2565) bu hədisdə: “Bazar ertəsi və cümə axşamı əməllər Allaha ərz edilir”– deyilir. Bu da, həftənin bu iki gününün fəzilətli günlər olduğuna dəlalət edir. Hədislərin birində Rəsulullah ﷺ demişdir: “Bazar ertəsi və cümə axşamı əməllər Allaha ərz edilir. Mən də istəyirəm ki, əməlim mən oruc tutmuş ikən Allaha ərz edilsin” (Şəmailun-Nəbi, 305).
[3] ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Bilin ki, sələflərdən və xələflərdən haqq yolda olan əhli Sünnə alimləri ittifaq etmişlər ki, tövhidi qəbul edərək ölən kimsə hökmən Cənnətə daxil olacaq. Əgər bu adam uşaq yaxud məcnun yaxud şirkdən və başqa günahlardan tövbə etmiş birisi kimi günahsızdırsa və tövbə etdikdən sonra günah etməyibsə, Cəhənnəmdən uzaq olub Cənnətə girəcək... Kim də böyük günah edər və tövbə etmədən dünyadan köçərsə, Allah Təalənin istəyi altında olar. İstəsə, onu bağışlayar və Cənnətə daxil edər. İstəsə də, ona Cəhənnəmdə istədiyi qədər əzab verər, sonra da onu Cənnətə daxil edər. Allah tövhid üzərində ölən heç bir kəsi – həmin adam nə qədər günah edirsə etsin – əbədi olaraq Cəhənnəmdə saxlamaz. Necə ki, kafir olaraq ölən kimsəni – həmin adam nə qədər yaxşılıqlar edirsə etsin – Cənnətə daxil etməz...” (Şərh ən-Nəvəvi). Suleyman ibn Abdullah Ali-Şeyx demişdir: “Hərçənd, “lə ilahə illəlah” demək Cənnətə daxil olmaq və Cəhənnəm əzabından qurtulmaq üçün səbəbdir, həm də tələb olunan bir şeydir, lakin tələb olunan (hər) bir iş özünəməxsus şərtlərə riayət etməklə və buna əngəl törədəcək maneələrdən çəkinməklə yerinə yetirilməlidir. Bu şərtlərdən hər hansı birinin yerinə yetirilmədiyi və ya əmması çıxdığı təqdirdə, (Cənnəti) qazanmaq mümkün deyildir. Odur ki, Həsən (əl-Bəsridən): “Bəzi adamlar deyirlər ki: “Kim: “lə ilahə illəllah”– desə, Cənnətə daxil olar?”– deyə soruşduqda, o, belə cavab vermişdir: “Kim: “lə ilahə illəllah”– desə, sonra da bu kəlmənin haqqını ödəsə və buna aid olan vacibləri yerinə yetirsə, Cənnətə daxil olar.” Vəhb ibn Munəbbih isə ondan: “Məgər “lə ilahə illəllah” (kəlməsi) Cənnətin açarı deyilmi?”– deyə soruşan adama belə cavab vermişdir: “Elədir, lakin hər bir açarın dişləri vardır. Və əgər sən dişli bir açar gətirsən, o, sənin üçün (bu qapını) açar, yoxsa açmaz” (“Təysirul-Azizil-Həmid”, 1/111).
[4] İmam Muslimin “Səhih”ində bu ləfz üç dəfə təkrar olunur. Peyğəmbərin ﷺ bu sözü üç dəfə təkrar etməsi, məsələnin ciddiliyindən xəbər verir. Cənnətin qapıları açıldığı və əməllərin Allaha ərz edildiyi günlərdə günahları bağışlanılmayan kimsələrin vay halına!