Övladı ölən və buna səbir edənin mükafatı

    12.09.2018
عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ «إِذَا مَاتَ وَلَدُ الْعَبْدِ قَالَ اللَّهُ لِمَلاَئِكَتِهِ قَبَضْتُمْ وَلَدَ عَبْدِى. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ قَبَضْتُمْ ثَمَرَةَ فُؤَادِهِ. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ مَاذَا قَالَ عَبْدِى فَيَقُولُونَ حَمِدَكَ وَاسْتَرْجَعَ. فَيَقُولُ اللَّهُ ابْنُوا لِعَبْدِى بَيْتًا فِى الْجَنَّةِ وَسَمُّوهُ بَيْتَ الْحَمْدِ»

 
Əbu Musa əl-Əşari[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: “Qulu­mun uşağını aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Allah soruşur: “Qulumun ürəyinin meyvəsini aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Sonra Allah buyurur: “Qulum nə dedi?” On­lar deyirlər: “Sənə həmd və istirca[2] etdi”. Allah buyurur: “Qu­luma Cənnətdə bir ev tikin və adını da “Həmd evi” qoyun!”[3]
 

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ». قَالَ «يُقَالُ لَهُمُ ادْخُلُوا الْجَنَّةَ فَيَقُولُونَ حَتَّى يَدْخُلَ آبَاؤُنَا فَيُقَالُ ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olma­yın­ca (biz girmərik)”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!”[4]

 
[1] Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Ömərin (Allah ondan razı olsun) dövründə Bəsrənin, Osmanın (Allah ondan razı olsun) dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa (Allah ondan razı olsun) hicrətin 42-ci ilində vəfat etmişdir.
[2] Yəni belə demək: “İnnə lilləhi və innə ileyhi raciun”- biz Allaha məxsusuq və Ona da qa­yı­dacağıq!
[3] ət-Tirmizi, 1021, 1037. əl-Albani səhih olduğunu bildirmişdir.
[4] ən-Nəsai, 1853, 1876, 1887. əl-Albani səhih olduğunu bildirmişdir.