Hər bir insanın öz cini varmı və cinlərin insanlardan fərqli cəhətləri hansılardır?

    17.03.2014
Sual: 
Salam aleykum. Her insanin oz cini varmi? Cinlerin insanlardan ferqli cehetleri nedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Hər bir insanın cini vardır. Belə ki, insan doğulduqda onunla bərabər şeytanı da doğulur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Hər bir insan doğulduqda onun şeytanı da doğular və insana pislikləri əmr edər. Amma mənim şeytanıma isə Allah Təala müsəlman olmağı əmr etdi". (Hədis səhihdir).
Onların insandan fərqli cəhətləri isə olduqca çoxdur. Onlar tüstüsüz oddan yaradılmışlar. Onlar insan üçün gözə görünməzdirlər. Onlar insanın bədəninə daxil ola bilirlər. Onlar heyvanın təzəyi və sümüklə qidalanırlar və s. fərqli cəhətlərə sahibdirlər. Cinlərlə bağlı daha ətraflı buradan oxuyun:
Cinlər varmı? Əgər varsa, onların kafiri və ya müsəlmanı olurmu?
Cinlər insan bədəninə daxil ola bilərmi?

Paylaş: