Musanın Rəbbinə verdiyi suallar

    17.09.2018
عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ ﷺ أَنَّهُ قَالَ: سَأَلَ مُوسَى رَبَّهُ عَنْ سِتِّ خِصَالٍ، كَانَ يَظُنُّ أَنَّهَا لَهُ خَالِصَةً، وَالسَّابِعَةُ لَمْ يَكُنْ مُوسَى يُحِبُّهَا. قَالَ: يَا رَبِّ أَيُّ عِبَادِكَ أَتْقَى؟ قَالَ: الَّذِي يَذْكُرُ وَلاَ يَنْسَى. قَالَ: فَأَيُّ عِبَادِكَ أَهْدَى؟ قَالَ: الَّذِي يَتْبَعُ الْهُدَى. قَالَ: فَأَيُّ عِبَادِكَ أَحْكُمُ؟ قَالَ: الَّذِي يَحْكُمُ لِلنَّاسِ كَمَا يَحْكُمُ لِنَفْسِهِ. قَالَ: فَأَيُّ عِبَادِكَ أَعْلَمُ؟ قَالَ: عَالِمٌ لاَ يَشْبَعُ مِنَ الْعِلْمِ، يَجْمَعُ عِلْمَ النَّاسِ إِلَى عِلْمِهِ. قَالَ: فَأَيُّ عِبَادِكَ أَعَزُّ؟ قَالَ: الَّذِي إِذَا قَدَرَ غَفَرَ. قَالَ: فَأَيُّ عِبَادِكَ أَغْنَى؟ قَالَ: الَّذِي يَرْضَى بِمَا يُؤْتَى. قَالَ: فَأَيُّ عِبَادِكَ أَفْقَرُ؟ قَالَ: صَاحِبٌ مَنْقُوصٌ، قَالَ رَسُولُ اللَّهِ r: لَيْسَ الْغِنَى عَنْ ظَهْرٍ، إِنَّمَا الْغِنَى غِنَى النَّفْسِ، وَإِذَا أَرَادَ اللَّهُ بِعَبْدٍ خَيْرًا جَعَلَ غِنَاهُ فِي نَفْسِهِ وَتُقَاهُ فِي قَلْبِهِ، وَإِذَا أَرَادَ اللَّهُ بِعَبْدٍ شَرًّا جَعَلَ فَقْرَهُ بَيْنَ عَيْنَيْهِ.

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - de­miş­dir: “Musa Rəbbindən altı xislət barəsində soruşdu. O güman edirdi ki, bu xislətlər ona (Musaya) aiddir. Yeddinci xisləti isə o sev­mirdi. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən təqvalıdır?” Allah buyurdu: “Məni zikr edən və Məni unutmayan”. Musa so­ruş­du: “Ya Rəbb! Hansı qulun ən doğ­ru yoldadır?” Allah bu­yur­du: “Doğru yolla gedən”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən ədalətli hökm verəndir?” Allah buyurdu: “İnsanlar arasında, özü üçün hökm verdiyi kimi hökm verən”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən biliklidir?” Allah buyurdu: “İnsanların elmini öz elminə birləşdirərək elmdən doymayan alim”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən izzətlidir?” Allah buyurdu: “Cəzalan­dır­mağa qadir olduğu halda bağışlayan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən zəngindir?” Allah buyurdu: “Verilənə razı olan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən kasıbdır?” Allah bu­yur­du: “Verilənlə kifayətlənməyib, artıq istəyən”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Zənginlik çoxlu mal-dövlətə sahib olmaq demək deyildir. Həqiqətən, zənginlik nəfsin zəngin olmasıdır. Allah bir qula xeyir istədikdə onun nəfsini zəngin, qəlbini təq­valı edər. Allah bir qula şər istədikdə isə kasıb­lığı onun alnına yazar[1]”.[2]

 
[1] “Kasıblığı onun alnına yazar”– yəni, nə qədər var-dövləti olsa da yenə az görər, gözü doymaz və özünü kasıb sayar.
[2] İbn Hibban, 6217. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 3350) səhih olduğunu bildirmişdir.